XƏBƏR LENTİ

20 Yanvar 2021
19 Yanvar 2021

Digər Xəbərlər

08 Mart 2020 - 18:12

Gürcüstanda iqtidarla müxalifət arasında razılaşma oldu –Parlament seçkiləri ilə bağlı

Gürcüstanın hakim Gürcü Arzusu Partiyası və müxalifəti arasında bu ilin payızında keçiriləcək parlament seçkilərinin modeli üzrə razılıq əldə olunub.

Bu barədə Gürcüstan parlamentinin sədri Arçil Talakvadze bildirib.

Onun sözlərinə görə, tərəflər arasında siyasi danışıqlar geniş konsensusla nəticələnib: “Seçkilər 120/30 sistemi və 1%-lik baryer üzrə keçiriləcək. 120 deputat proporsional, 30-u isə majoritar sistem üzrə seçiləcək”.

Hakim partiya və müxalifət arasında razılıqla bağlı müvafiq memorandum imzalanıb/Report.