XƏBƏR LENTİ

24 Yanvar 2021
23 Yanvar 2021

Digər Xəbərlər

04 Mart 2016 - 20:03

Uorlik:"ABŞ-ın ayrı-ayrı ştatlarının mövqeyi ölkənin xarici siyasətini əks etdirmir"

uorlik

ABŞ-ın ayrı-ayrı ştatlarının mövqeyi ölkənin xarici siyasətini əks etdirmir.

Trend-in məlumatına görə, bu fikri Azərbaycanın işğal olunmuş Dağlıq Qarabağ ərazisinin ABŞ-ın Corciya ştatı tərəfindən "müstəqilliyi"nin tanınması barədə məlumatı şərh edərkən ATƏT-in Minsk qrupunun amerikalı həmsədri Ceyms Uorlik "Tvitter" səhifəsində qeyd edib.

C.Uorlik yazıb: "Səsləndirilən fikirlərə cavab olaraq: Dağlıq Qarabağla bağlı prosesə dair dövlət qanunvericilik orqanlarının fəaliyyəti məcburi xarakter daşımır və ABŞ-ın xarici siyasətini əks etdirmir".

Qeyd edək ki, cümə günü ABŞ-ın Corciya ştatının Nümayəndələr Palatası Dağlıq Qarabağın qondarma rejiminin tanınması barədə qətnamə qəbul edib.