XƏBƏR LENTİ

23 Noyabr 2020

Digər Xəbərlər

11 Mart 2020 - 13:22

Çavuşoğludan Ərdoğanın NATO katibi ilə əl tutmamasına münasibət:"Bu, ənənələrimizə daha uyğundur"

Türkiyənin Xarici İşlər naziri Mövlud Çavuşoğlu Brüsseldə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın koronavirusa görə NATO-nun baş katibi Yens Stoltenberqlə əl tutub salamlaşmamasına münasibət bildirib.

Nazir bildirib ki, Türkiyə Prezidentinin Brüsseldəki salamlaşma üsulunun dünyada tətbiq olunmasına başlanılıb.

“Həmin salamlaşma bizim də ənənələrimizə uyğundur”, – deyə Türkiyə XİN başçısı qeyd edib.

Xatırladaq ki, Brüsseldə NATO baş katibi Ərdoğana əlini uzatsa da, Türkiyə Prezidenti onu geri çevirib. Ərdoğan əlini sinəsinə götürərək “korona” ifadəsini işlədib. /APA