XƏBƏR LENTİ

10 Mart 2021

Digər Xəbərlər

12 Mart 2020 - 15:12

Oqtay Əsədov Ziyаfət Əsgərovun tabeliyində işləyəcək –Milli Məclisdə

Milli Məclisin keçmiş sədri Oqtаy Əsədovun üzv olacağı komitə müəyyənləşib.

Parlamentin sabiq sədri Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsində fəaliyyət göstərəcək.

Məsələ qanunverici orqanın martın 13-də keçiriləcək iclasında müzakirə ediləcək və qərar veriləcək.

Həmin komitənin sədri Ziyаfət Əsgərovdur.

Qeyd edək ki, 1955-ci il təvəllüdlü O.Əsədov 2000-ci ildə Milli Məclisin deputatıdır. O, 2005-2020-ci illərdə parlamentin sədri olub/Report.