XƏBƏR LENTİ

23 Yanvar 2021
22 Yanvar 2021

Digər Xəbərlər

12 Mart 2020 - 17:45

Rusiya XİN-dən Azərbaycan-Ermənistan sərhədində atəşkəsin pozulmasına münasibət:"Mövzunu izləyəcəyik"

Rusiya Xarici İşlər Nazirliyi Azərbaycan-Ermənistan sərhədində və təmas xəttində atəşkəsin pozulması hallarına münasibət bildirib.

Rusiya XİN rəsmi nümayəndəsi Mariya Zaxarova bu gün keçirdiyi brifinqdə sərhəddə və qoşunların təmas xəttində baş verən insidentlərə görə təəssüfləndiklərini deyib: “Təəssüflər olsun ki, sərhəddə və qoşunların təmas xəttində atəşkəs rejiminin pozulması halları davam edir. Nəticədə ölənlər və yaralananlar var. Ölənlərin yaxınlarına başsağlığı verirəm. Biz tərəfləri güc tətbiq etməkdən çəkinməyə, münaqişənin siyasi yolla həllinə istiqamətlənən danışıqlar prosesini aktivləşdirməyə çağırırıq. Sizi əmin edə bilərik ki, biz bu mövzunu izləməyə davam edəcəyik”. /APA