XƏBƏR LENTİ

09 İyul 2020
08 İyul 2020

Digər Xəbərlər

17 Mart 2020 - 17:13

Milli Məclisdə komitə iclaslarının keçirilməsi müvəqqəti olaraq dayandırılıb –Koronavirusa görə + Açıqlama

“Ehtiyac olduğu halda, Milli Məclisin plenar iclası keçirilə bilər”.

Bunu Milli Məclisin Mətbuat Xidmətinin rəhbəri Akif Təvəkküloğlu deyib.

Qurum rəsmisi qeyd edib ki, parlamentin plenar iclaslarının keçirilməyəcəyi ilə bağlı xəbərlər yanlışdır:

“Bu məsələ ilə bağlı hər hansı bir ajiotaj yaratmağa ehtiyac yoxdur. Milli Məclisdə komitə iclaslarının keçirilməsi müvəqqəti olaraq dayandırılıb. Amma parlamentin plenar iclaslarının keçirilməyəcəyi ilə bağlı hər hansı bir qərar qəbul edilməyib. Plenar iclas keçiriləcəyi halda ictimaiyyətə məlumat veriləcək”.