XƏBƏR LENTİ

10 Mart 2021

Digər Xəbərlər

05 Mart 2016 - 15:31

İlham Əliyev BMT Dünya Turizm Təşkilatınınnümayəndə heyətini qəbul edib (FOTO)

 

president_qebul_050316_2

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev martın 5-də BMT-nin Dünya Turizm Təşkilatının baş katibi Taleb Rifainin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.

Dünya Turizm Təşkilatının baş katibi Taleb Rifai ölkəmizə ötən səfərlərini və həmin səfərlər çərçivəsində prezident İlham Əliyev ilə görüşlərini xatırladı, bu görüşlər zamanı müzakirə olunan bir çox məsələlər, o cümlədən vizaların verilməsi, aşağı büdcəli uçuşların həyata keçirilməsi ilə bağlı işlərin Azərbaycan prezidentinin rəhbərliyi ilə uğurla həyata keçirilməsini məmnunluqla qeyd etdi. Qonaq hər səfərində şəhərimizin gözəlliyinin onda xoş təəssürat yaratdığını dedi.

BMT-nin Turizm Təşkilatının baş katibi Taleb Rifai ilə keçirdikləri görüşləri məmnunluqla xatırlayan dövlətimizin başçısı Azərbaycanda turizmin inkişafına göstərdiyi dəstəyə görə ona minnətdarlığını bildirdi, qonağın verdiyi məsləhətlərin bu baxımdan önəmini qeyd etdi. Azərbaycanda turizmin daim prioritet sahələrdən biri olduğunu vurğulayan prezident İlham Əliyev bu sahənin inkişaf etdirilməsi üçün ölkəmizin əlverişli coğrafi mövqeyinin, gözəl təbiətinin yaxşı imkanlar yaratdığını dedi.

Dövləti başçısı dünyada iqtisadi böhranın mövcud olduğu indiki zamanda turizm sahəsinin yeni iş yerlərinin yaradılması, ölkəyə maliyyə axınının təmin edilməsi və digər məsələlər baxımından əhəmiyyətini qeyd edərək Azərbaycanda turizm sektorunda islahatların davam etdirildiyini bildirdi. Prezident görülən işlər nəticəsində Azərbaycana səfər edəcək turistlərin sayının daha da artacağına ümidvar olduğunu söylədi.

Görüşdə Azərbaycanda turizm xidmətlərinin genişləndirilməsi, turizmin iqtisadiyyatın digər sahələri ilə əlaqələndirilməsi, ölkəmizdə turizm infrastrukturunun daha da inkişaf etdirilməsi ilə bağlı məsələlər ətrafında fikir mübadiləsi aparıldı.