“Azərbaycan Prezidentinin ictimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənovun rəhbərlik etdiyi heyətlə müxalifət partiyalarının növbəti görüşü keçirildi. Bu dəfə yenilik ondan ibarət idi ki, bir sıra iqtidaryönülü partiyalar da iştirak edirdilər. Müxtəlif məsələlər ətrafında müzakirələr aparıldı. Müxtəlif fikirlər səsləndi. Bakıda keçiriləcək 1-ci Avropa Oyunları ilə bağlı məsələlərə münasibət müzakirə olundu. ümumi bir fikir, vahid mövqe ondan ibarət oldu ki, bu oyunların keçirilməsinin Azərbaycana faydası var. ölkəmizin tanıdılması, imici baxımdan faydalıdır”, – deyə Qulamhüseyn Əlibəyli Strateq.az-a sayca 3-cü iqtidar-müxalifət dialoqunun nəticələrini şərh edərkən bildirib.
1-ci Avropa Oyunlarının keçirilməsinə qarşı ölkədən kənarda aparılan təbliğata da münasibət bildirilib: “Qeyd olundu ki, “1-ci Avropa Oyunlarının keçirilməsi ilə bağlı məsələlərin xüsusilə süni qabardılması, neqativ fonda təqdim olunması cəhdləri var”.
Q.Əlibəyli qeyd etdi ki, siyasi məhbus hesab edilən şəxslərin azadlığa buraxılması, partiyalara qərargahların verilməsi, seçki islahatları və s. məsələlər də qaldırıldı.
İqtidarda bəzi qüvvələrin dialoq prosesinə mane olmağa çalışması ilə bağlı səsləndirilən fikirlərə münasibət bildirən Aydınlar Partiyası sədrinin sözlərinə görə: “müzakirələrdə müxtəlif fikirlər səsləndirilib, mövqelər bildirilib”.
Dialoq prosesinin davamından gözləntilərlə bağlı Q.Əlibəyli iqtidar-müxalifət müzakirələrinin ümumilikdə, faydalı olduğunu açıqlayıb: “İstər konkret mövzu ilə bağlı, istərsə də müxtəlif məsələlər barədə dialoq faydalıdır”.
Strateq.az