XƏBƏR LENTİ

03 Dekabr 2020
02 Dekabr 2020

Digər Xəbərlər

30 Mart 2020 - 19:17

“Beynəlxalq ictimaiyyəti Qarabağdakı “seçkiləri” tanımamağa çağırırıq” – Türkiyə XİN

Türkiyə beynəlxalq ictimaiyyəti Dağlıq Qarabağda keçiriləcək qondarma “prezident və parlament seçkilərini” tanımamağa çağırıb.

Bu barədə Türkiyə Xarici İşlər Nazirliyinin bəyanatında deyilir:

“Bu addım BMT Təhlükəsizlik Şurasının qərarları və ATƏT-in prinsipləri daxil olmaqla hüququn açıq şəkildə pozulmasıdır. ATƏT-in Minsk qrupu daxil olmaqla, beynəlxalq ictimaiyyəti bu “seçkiləri” tanımamağa çağırırıq. Türkiyə Azərbaycanın suverenlik və ərazi bütövlüyünü pozacaq bu qeyri-legitim seçkiləri tanımır”. (report)