XƏBƏR LENTİ

06 Avqust 2020

Digər Xəbərlər

01 Aprel 2020 - 14:01

“Dağlıq Qarabağda keçirilən “seçkiləri” tanımırıq” –Almaniya XİN

Almaniya Federal Xarici İşlər Nazirliyinin (XİN) Şərqi Avropa, Qafqaz və Orta Asiya ölkələri üzrə müvəkkili Michael Siebert 31 mart tarixində Dağlıq Qarabağda keçirilən “seçkilər”lə bağlı bəyanat yayıb.

Bəyanatda bildirilib ki, Almaniya Dağlıq Qarabağda keçirilən “prezident və parlament seçkiləri”nin nəticələrini tanımır.

“Dünən Dağlıq Qarabağda keçirilən “prezident və parlament seçkiləri”ni tanımırıq. Həm “seçkilər”, həm də onların nəticələri qanunsuzdur”, – deyə bəyanatda qeyd olunub. /APA