XƏBƏR LENTİ

06 Avqust 2020

Digər Xəbərlər

06 Aprel 2020 - 19:21

Deputatdan Prezidentin əfv sərəncamına dəstək:"Bunun önümüzdəki aylarda da davam etməsi faydalı olar"

“Əfv fərmanının məhz bu çətin günlərdə verilməsi xüsusi əhəmiyyət kəsb edir və anlamlı humanist addımdır. Ölkə prezidentinin cəmiyyətdən gələn səslərə bu dərəcədə həssas reaksiya verməsi, həqiqətən, vətəndaşlar tərəfindən böyük təqdirlə qarşılanır. Bu cür əfv prosedurunun önümüzdəki aylarda da davam etməsi faydalı olardı”.

Strateq.az xəbər verir ki, bu fikirləri BQP sədri, Milli Məclisin deputatı Fazil Mustafa ölkə Prezidentinin 176 məhbusu əfv etməsinə münasibət bildirərəkən deyib.

F. Mustafa bildirib: “Bu ərəfədə belə bir əfv fərmanının verilməsi bir çox ailələrə sıxıntılı günlərdə sevinc bəxş edilməsi baxımından, diqqətəlayiqdir. Ölkə prezidentinin cəmiyyətdən gələn səslərə bu dərəcədə həssas reaksiya verməsi, həqiqətən, vətəndaşlar tərəfindən böyük təqdirlə qarşılanır. Əslində, bu arada cəzaçəkmə müəssisələrinin özlərinin də problemlərini azaltmaq üçün bu cür əfv prosedurunun önümüzdəki aylarda da davam etməsi faydalı olardı”.

F. Mustafanın fikrincə, islah olunması mümkün olan insanları müəyyənləşdirmək elə də çətin deyil: “Xüsusi komissiya bu istiqamətdə çalışaraq, qısa müddətdə lazımi sənədləri tərtib edə bilər. Onsuz da məhkəmə-hüquq islahatları ilə bağlı dəfələrlə ölkə prezidenti məhkəmələrə tövsiyə edir ki, mümkün qədər alternativ cəzalara üstünlük verilsin. Təəssüf ki, məhkəmələrimiz bu çağırışa hələ də həssas yanaşmırlar və cinayət məsuliyyətinə cəlb olunanların böyük bir hissəsi məhz azadlıqdan məhrumetmə cəzası alırlar. Bu göstəriciyə görə, biz MDB ölkələri arasında ilk yerlərdəyik. Alternativ cəza mexanizmlərinin geniş tətbiqi dövlətin həm də məhkumlar üçün xərclədiyi böyük miqdarda vəsaiti azaltmış olar”.