XƏBƏR LENTİ

20 Sentyabr 2020
19 Sentyabr 2020
18 Sentyabr 2020

Digər Xəbərlər

09 Aprel 2020 - 12:35

Metyu Brayzadan Çinlə bağlı mesaj:“ABŞ Cənubi Qafqaza diqqət ayırmayacaq”

“ABŞ-ın yüksək vəzifəli rəsmiləri koronavirusa görə yalnız Gürcüstana deyil, Cənubi Qafqaza da diqqət ayırmayacaqlar”.

Bu barədə ABŞ-ın Azərbaycandakı keçmiş səfiri, ABŞ dövlət katibi müavininin Avropa və Avrasiya məsələləri üzrə keçmiş köməkçisi Metyu Brayza yerli “IPN” agentliyinə bildirib.

Onun sözlərinə görə, koronavirus pandemiyasına görə siyasi mənada dünya tamamilə dəyişir: “Vəziyyət nə qədər çox belə davam etsə, Çinin daha da güclü olacağı, yerdə qalan digərlərinin isə yaşamaq uğrunda mübarizə aparacağı ehtimalı böyükdür”/Report.