“Məhdudlaşdırma ilə bağlı hökumətin qərarı var”.
Bunu Milli Məclisin bu gün keçirilən iclasında “Azərbaycan Respublikası Milli Məclisi deputatının statusu haqqında” qanuna dəyişikliklə bağlı müzakirələr zamanı deputat Ziyafət Əsgərov deyib.
O bildirib ki, deputatlar qanunun qərardan daha üstün olduğunu nəzərə almalıdır: “Məhdudlaşdırıcı tədbirlər deputatlara şamil olunmur. Deputatlar qanunla qərarın fərqini bilməlidir”.
Z. Əsgərov bildirib ki, Azərbaycan hazırda koronavirusa qarşı ən önəmli tədbirləri həyata keçirən ölkələrdən biridir/Modern.az