XƏBƏR LENTİ

24 Sentyabr 2020

Digər Xəbərlər

10 Aprel 2020 - 15:59

Türkiyə Prezidenti:“Türk Şurasının fövqəladə Zirvə görüşü koronavirusla mübarizədə aramızdakı həmrəyliyi gücləndirəcək”

“Bu gün gözə görünməz düşmənə qarşı çətin savaş aparırıq”.

Bunu Türk Şurasının videokonfrans vasitəsilə keçirilən fövqəladə Zirvə görüşündə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan deyib.

T. Ərdoğan bildirib ki, pandemiyanın təsiri nəticəsində qlobal miqyasda sosial-iqtisadi böhranla üz-üzəyik.

O qeyd edib ki, Türk Şurasının fövqəladə Zirvə görüşü koronavirus pandemiyası ilə mübarizədə aramızdakı həmrəyliyi gücləndirəcək: “Allahın izni ilə Türk Dünyası olaraq bu sıxıntılı durumdan da güclənərək çıxacağımıza bütün qəlbimlə inanıram. Pandemiya ilə əlaqədar həyatını itirən qardaşlarımıza Allahdan rəhmət, yaxınlarına başsağlığı, xəstələrimizə tezliklə şəfa diləyirəm”. (apa)