XƏBƏR LENTİ

18 Sentyabr 2020

Digər Xəbərlər

11 Aprel 2020 - 22:01

Azərbaycan XİN:"Yəməndə atəşkəsin elan edilməsi sülh və təhlükəsizlik üçün yeni imkanlar açacaq"

Azərbaycanın Xarici İşlər Nazirliyi Yəməndə Səudiyyə Ərəbistanının başçılıq etdiyi koalisiya ilə elan edilmiş atəşin dayandırılmasını alqışlayır.

Bu barədə Xarici İşlər Nazirliyinin “Twitter”dəki səhifəsində deyilir.

“Biz ümid edirik ki, bu, ölkədə uzun müddətli sülh və təhlükəsizlik üçün yeni imkanlar açacaq və Yəməndə münaqişəyə son qoymaq üçün bütün tərəfləri BMT-nin xüsusi nümayəndəsi ilə sıx əməkdaşlıq etməyə həvəsləndirəcək”, – Xarici İşlər Nazirliyinin bəyanatında deyilir.