XƏBƏR LENTİ

24 Noyabr 2020

Digər Xəbərlər

08 Mart 2016 - 11:59

Azərbaycan prezidentiQətər Əmiri ilə görüşdü

qeter-yaqub-emir

Azərbaycana rəsmi səfərə gələn Qətər Əmiri Əlahəzrət Şeyx Təmim bin Həməd Al Taninin martın 8-də rəsmi qarşılanma mərasimi olub.

Hər iki ölkənin dövlət bayraqlarının dalğalandığı meydanda Qətər Dövlətinin Əmirinin şərəfinə fəxri qarovul dəstəsi düzülüb. Fəxri qarovul dəstəsinin rəisi Prezident İlham Əliyevə raport verib.

Azərbaycan Prezidenti İlham Əliyev Qətər Dövlətinin Əmiri Əlahəzrət Şeyx Təmim bin Həməd Al Tanini qarşılayıb. Fəxri qarovul dəstəsinin rəisi Qətər Dövlətinin Əmirinə raport verib. Və hər iki ölkənin dövlət himnləri səslənib.

Prezident İlham Əliyev və Əmir Əlahəzrət Şeyx Təmim bin Həməd Al Tani fəxri qarovul dəstəsinin qarşısından keçiblər.

Rəsmi qarşılanma mərasimi başa çatdıqdan sonra prezident İlham Əliyevin Qətər Əmiri Əlahəzrət Şeyx Təmim bin Həməd Al Tani ilə geniş tərkibdə görüşü keçirilib.

Görüşdə ölkələrimiz arasında siyasi əlaqələrin inkişafından məmnunluq ifadə edilib. İqtisadi əlaqələrin genişləndirilməsi üçün yaxşı potensialın olduğu vurğulanıb. Bu səfərin münasibətlərimizin daha da möhkəmlənməsinə töhfə verəcəyi diqqətə çatdırılıb.

Söhbət zamanı ikitərəfli və qarşılıqlı maraq doğuran məsələlər ətrafında fikir mübadiləsi aparılıb.