XƏBƏR LENTİ

25 Sentyabr 2020

Digər Xəbərlər

15 Aprel 2020 - 11:09

“Dağlıq Qarabağda “seçkilər”in ikinci raundunu tanımırıq” –Gürcüstan XİN

“Gürcüstan Azərbaycanın ərazi bütövlüyü dəstəkləyir və  qondarma “Dağlıq Qarabağ Respublikası”nı tanımır”.

Gürcüstan Xarici İşlər Nazirliyinin bəyanatında belə deyilib. Bəyanatda bildirilib ki, qonşu ölkə qondarma “Dağlıq Qarabağ Respublikası”nda keçirilən “prezident seçkiləri”nin ikinci raundunu tanımır.

“Gürcüstan tərəfi  qondarma “Dağlıq Qarabağ Respublikası”nı və Azərbaycanın bu regionunda keçirilən “prezident seçkiləri”nin ikinci raundunu tanımır. Gürcüstan Azərbaycan Respublikasının beynəlxalq səviyyədə tanınmış  ərazi bütövlüyü və suverenliyini dəstəkləyir və münaqişənin beynəlxalq hüququn norma və prinsipləri əsasında sülh yolu ilə həllini dəstəkləyir”, -deyə bəyanatda bildirilib. /APA