XƏBƏR LENTİ

19 Sentyabr 2020
18 Sentyabr 2020

Digər Xəbərlər

16 Aprel 2020 - 18:05

SÜLHƏDDİN ƏKBƏRİN PARTİYASI DÖVLƏT QEYDİYYATINA ALINDI –Hökumətdən müxalifətə daha bir jest

Azərbaycan hakimiyyətinin ölkənin siyasi sistemini yeni konfiqurasiyada qurmaq və bu məqsədlə də müxalifətlə dialoqa başlamaq istiqamətindəki addımlarının ilk işartıları görünməkdədir. Belə ki, Prezident Administrasiyasının Siyasi partiyalarla və qanunvericilik orqanıyla iş şöbəsinin müdiri Ədalət Vəliyevin müxalif partiya sədrləriylə görüşlərinin, eləcə də son müşavirədə Prezident İlham Əliyevin müxalifətlə dialoqun vacibliyi haqda çağırışlarının ardınca hökumət indiyədək qeydiyyatına süni əngəllər yaradılan partiyaların dövlət qeydiyyatına alınmasına da başlayıb.

Strateq.az xəbər verir ki, dünən Ədliyyə Nazirliyində dövlət qeydiyyatına alınan müxalif siyasi təşkilatlardan biri də Azad Demokratlar Partiyası olub.

Xatırladaq ki, Azad Demokratlar Partiyası 2014-cü ilin 6 iyulunda təsis edilsə də, indiyədək qeydiyyatından müxtəlif bəhanələrlə imtina edilirdi.

Onu da xatırladaq ki, bu partiyanın sədri tanınmış hərəkatçı, istiqlalçı-deputat, Elçibəy hakimiyyəti dövründə Milli Təhlükəsizlik nazirinin birinci müavini vəzifəsində işləmiş Sülhəddin Əkbərdir.

Sülhəddin Əkbər uzun illər İsa Qəmbərin başqanlıq etdiyi Müsavat Partiyasında Məclis sədri, sonra Rəsul Quliyevin liderlik etdiyi Açıq Cəmiyyət Partiyasının sədri olub. 2014-cü ilin 6 iyulundan isə ACP-dən ayrılaraq, tərəfdarlarıyla birgə Azad Demokrtlar Partiyasını yaratdığını elan edib.

Milli siyasət, təhlükəsizlik və xarici siyasət sahəsində yüzdən artıq məqalənin, həmçinin “Dövlət siyasətinin əsasları” adlı kitabın müəllifidir.