XƏBƏR LENTİ

02 Dekabr 2020

Digər Xəbərlər

08 Mart 2016 - 21:32

“Qazprom”dan əlavə qaz almağa ehtiyac yoxdur –Gürcüstan rəsmisi


canaldze

"SOCAR ilə əldə olunmuş razılaşmadan sonra “Qazprom”dan əlavə qaz almağa ehtiyac qalmayıb".

Bu barədə Gürcüstanın xarici işlər naziri Mixail Canelidzenin SOCAR-la danışıqların yekunu üzrə bəyanatında deyilir.

Nazir qeyd edib ki, Rusiyanın “Qazprom” şirkəti ilə danışıqlar Gürcüstana məxsus infrastruktur vasitəsilə Rusiyadan Ermənistana təbii qaz nəqli şərtləri ilə bağlı aparılıb: 

“Bu qəbildən olan danışıqlar 2014-cü ildən etibarən hər il keçirilir. Eyni zamanda danışıqlara kəsiri qarşılamaq üçün əlavə təbii qaz həcmlərinin tədarükü imkanını daxil idi. SOCAR ilə imzalanmış saziş nəticəsində “Qazprom”dan əlavə qaz alışına ehtiyac qalmayıb”.

Trend