XƏBƏR LENTİ

25 Sentyabr 2020
24 Sentyabr 2020

Digər Xəbərlər

20 Aprel 2020 - 21:30

Aİ-nin XİN başçıları “Şərq Tərəfdaşlığı”nı müzakirə edəcəklər

Avropa İttifaqının (Aİ) Xarici İşlər nazirləri COVİD-19 pandemiyası fonunda “Şərq Tərəfdaşlığı” siyasətini müzakirə edəcəklər.

Müzakirə aprelin 22-də videokonfrans formatında baş tutacaq.

Eyni zamanda, nazirlər hazırkı beynəlxalq siyasi vəziyyəti, COVİD-19 pandemiyasına qarşı cavab tədbirləri və Liviyadakı son vəziyyət ətrafında da müzakirə aparacaqlar.

Videokonfransa sədrliyi Aİ-nin Xarici siyasət və Təhlükəsizlik məsələləri üzrə Ali Nümayəndəsi Cozef Borrell edəcək. (apa)