XƏBƏR LENTİ

18 Sentyabr 2020

Digər Xəbərlər

24 Aprel 2020 - 18:55

TRAMP ERMƏNİLƏRƏ BU GÜN NƏ MESAJ VERƏCƏK? –96 yaşlı türk diplomat ortaq komissiyanın yaradılmasını zəruri sayır - MÜSAHİBƏ

Uğur Dündar

“Sözcü” qəzeti, Türkiyə, 22 aprel 2020-ci il

Əziz oxucularım, keçən ilin sonlarında ABŞ-ın Nümayəndələr Palatası və Senatının 1915-ci il hadisələrini  “soyqırım” olaraq qəbul edən yeni qanun layihəsi qəbul etməsinə Prezident R.T. Ərdoğan sərt reaksiya vermişdi.  Ərdoğan tarixi reallıqları təhrif edən bu qərarların tamamilə siyasi mahiyyət daşıdığını və bu qanunun hüquqi cəhətdən də əsassız olduğunu bəyan etmişdi.

Bu müddət artıq geridə qaldı. Ancaq bilindiyi kimi, qondarma erməni soyqırımının başlanğıç günü olaraq 24 apreldə ABŞ prezidentləri  hər il yeni bir açıqlama ilə çıxış edirlər. Prezident Tramp isə keçənilki çıxışında eynilə əvvəlki illərdə olduğu kimi “soyqırım”dan söz açmamış, bunun yerinə erməni diasporasının və rəsmi Yerevanın reaksiyasına səbəb olan və erməni dilindən tərcümədə “böyük fəlakət” ( մեծ աղետ- medsyeghern) mənasını verən ifadə işlətmişdi. Koronavirus pandemiyası səbəbindən populyarlığı azalan və prezident seçkiləri ərəfəsində rəqibi Co Baydenə güclü dəstəyin artdığı bir zamanda Donald Tramp keçənilki münasibətini mühafizə edə biləcəkmi? Demokratlar Partiyasının üzvü və prezidentliyə namizəd olan Co Bayden seçkiləri qazansa, ABŞ-ın “erməni problemi” ilə bağlı qərarlarında hansı dəyişikliklər olacaq?

Uzaqgörənliyi ilə verdiyi bir çox proqnozları özünü doğrultmuş, keçmiş diplomat və siyasətçi Şükrü Ələkdağ ilə bu günkü söhbətimizdə yuxarıda qeyd olunan suallara cavab verəcəyik.

– 24 aprel cümə günü Prezident Donald Trampdan necə bir açıqlama gözləyirsiniz?

– Qeyd etdiyiniz kimi, Donald Tramp seçkilər barədə çalışmaları ciddi təzyiqlər altında davam etdirir. Bu şəraitdə erməni seçicilərinin səslərinin tamamilə rəqibi Co Baydenə qalmasını heç bir zaman istəməz. Buna rəğmən, mən yenə də Trampın keçən il olduğu kimi, bu il də öz ifadəsini dəyişdirməyəcəyini və qondarma soyqırıma “böyük fəlakət” deyəcəyini düşünürəm. Trampın bu ifadəsinin arxasında dayanan əsas səbəb isə “soyqırım” ifadəsinin onun üçün yarada biləcəyi hüquqi nəticələrdir. Bu günə qədər ermənilər tərəfindən Türkiyə əleyhinə ABŞ məhkəmələrində açılan təzminat davaları, hakimlər tərəfindən “soyqırım” iddiasının icraedici (yəni, prezident) tərəfindən qəbul edilməmiş olması səbəbindən rədd edilib (Movsesiyan və Davoyan-Bakalian işləri). Buna görə də Tramp çox yaxşı bilir ki, əgər o, bu məsələdə “soyqırım” ifadəsini işlətsə,  Türkiyə-ABŞ münasibətlərinə kökündən balta vuracaq.

– Trampın bu məsələdə bir qərar qəbul etməsində  Ankaranın müəyyən rolu olubmu?

– Sizin də dediyiniz kimi, keçən il 435 nəfər üzvdən ibarət Nümayəndələr Palatası 2019-cu ilin 29 oktyabrında qondarma erməni soyqırımı iddiasınıın daxil olduğu qanun layihəsini  11 “xeyr” səsinə qarşılıq  405 səslə qəbul etməsi və arxasınca Senatın 12 dekabrda oxşar qanun layihəsi qəbul etməsi Ankara üzərində şok effekti yaratdı.

Bu zaman Ərdoğan etdiyi bir çıxışında qəbul edilən bu qanun layihələrinin qanunsuz olduğunu bildirməklə qalmadı, həm də bunun qarşılığında Türkiyənin qisas alacağını da xatırladıb, “yeri gəldiyi zaman, öz heyət üzvlərimizlə oturub, qapadılması lazım gələrsə, İncirliyi də, Kürəciyi də qapadarıq”– mesajını verdi.

Şübhəsiz ki, bu kəskin açıqlamanın üzərinə həm də türk xalqının həssasiyyətinin də nəzərə alınaraq ABŞ rəhbərliyinin  gərəkli tədbirləri görəcəyinə inanıram.

– Bu, Vaşinqtonun anlayacağı dildə verilən bir xəbərdarlıq mesajıdır.  Elə isə ABŞ-da qəbul olunacaq qanunların layihəsi  hansı formada həyata keçirilir?

– Bu iki qanun layihəsinin qanun hökmündə olması üçün öncəliklə Nümayəndələr Palatası və Senat tərəfindən ortaq çalışma ilə tək mətn halına gətirilməsi, sonra isə bunun Tramp tərəfindən təsdiqlənməsi gərəkdir.

– Elə isə seçkiləri Co Bayden qazansa, o da Türkiyə ilə münasibətlərin qorunub-saxlanmasında Trampın göstərdiyi həssaslığı göstərə bilərmi?

– Mənim ABŞ-dakı səfirlik illərimdə (1979-1989) Bayden Senatın xarici siyasət sahəsindəki ən güclü və ən ağıllı üzvü idi.  Yunanıstanın və Kipr rumlarının ən təsirli sözçüləri arasında idi. Türkiyəyə qarşı ən sərt mövqeyini hər çıxışında açıqca ortaya qoyurdu.  Rəsmi şəkildə etdiyim görüş tələblərimi hər zaman geri çevirib. Bir gün Baydeni konqresin restoranında gördüm. Özünü nəzakətlə salamladıqdan sonra bir neçə gün öncə açıqladığı Yunanıstan məsələlərini müdafiə etməsi mövzusuna toxunaraq, bu mövzuda Türkiyənin siyasi düşüncələrini özünə izah etməyə hazır olduğumu bildirdim. Mənə belə cavab verdi: “Hörməti səfir,  sizin ölkəniz mənim böyük hörmət bəslədiyim ABŞ-ın və NATO-nun müttəfiqidir.  Mənimlə vaxt itirməyinizə dəyməz. Çünki anladacağınız mövzularla mənim siyasi düşüncəm dəyişməyəcək”.

Bayden Obama dövründə Türkiyəyə dost və tərəfdaş kimi görsənməyə çalışırdı. Əgər şansı gətirər və prezident seçilərsə, tutduğu postun ona verdiyi məsuliyyət yükü ilə Türkiyəyə qarşı bu sərt yanaşmasını yumşalda bilər.  Amma bu mözvuda ehtiyatlı olmaqda və bu məsələdə müəyyən hazırlıqlar görməkdə də fayda var.

– Bəs Co Baydenin qazanmaq şansı varmı?

– ABŞ mətbuatından əldə etdiyim məlumatlara görə, Demokratlar Partiyasının üzvləri Baydenə çox güvənirlər.  Amma Sanders getdikdən sonra tək namizəd olaraq qaldığından, məcburi dəstəklənməlidir.

Digər tərəfdən, ölkənin iqtisadi gücünü yüksəldən yerli kütlə və sənayeni canlı tutan “güclü lider” olaraq qazanmağı hədəfləyən Trampın koronavirus böhranını idarə etmədəki məğlubiyyəti, pandemiya böhranı səbəbilə sürətlə zəifləyən iqtisadiyyat, yüksələn işsizlik səbəbiylə planlarının pozulması Baydenin 1-0 qabaqda olmağına gətirib çıxarıb.  Trampın poulyarlığı 43% azalıb, onun əleyhinə fikirlər isə 53% çoxalıb. Ancaq vaxtilə yaxşı münasibətlərimin olduğu “köhnə silah” sayılan vaşinqtonlular bu vəziyyətdə mətbuat ictimaiyyətinin qarşısına çıxmaqdan çəkinən Baydenin zəif və həssas olduğunu düşünürlər. Trampla Bayden arasında keçən hərarətli seçki debatlarında Bayden Trampa uduza bilər. Görünən nəticə isə budur ki, ortalıq indi çox qarışıqdır və lazımi fikirlər yürütmək çox çətindir.

– Tramp keçənilki 24 aprel çıxışının sonunda türklərə və ermənilərə “kədər dolu keçmişi qəbul edib, onunla üzləşmək” çağırışı edib.  Bu ifadələr Türkiyənin Ortaq Tarix Komissiyası (OTK) qurmasını zəruri edirmi?

– Trampın çağırışı OTK təklifi ilə eyni mənanı ifadə edir. OTK-nın qurulması fikrini hələ 2000-ci illərin əvvəlində  “Milliyət” qəzetinə verdiyim köşə yazımda bu şərtlərlə irəli sürmüşdüm: “Ağıl və sağlam düşüncə türklərlə ermənilərin yaşadığı bəşəri faciələrin bütün yönlərini aydınlığa çıxarmaq məqsədilə tarixlərilə üzləşməyini və bunun nəticələrini qəbul etmələrini əmr edir. Sülh isə yalnız bu prosesdən sonra yarana bilər”.

Bu təklifim indi qeyd edəcəyim bir düzən çərçivəsində tətbiq edilməli idi. Türkiyə ilə Ermənistanın quracağı elm adamlarından ibarət  Ortaq Tarix Komissiyası (OTK) heç bir məhdudiyyət qoyulmadan açılacaq iki ölkə arxivi ilə digər xarici ölkələrin arxivləri üzərində araşdırmalar edərək, 1915-ci il hadisələri haqqında reallıqları ortaya çıxaracaqdılar.

Təklifim elmi araşdırmaların tam ciddiyətlə davam etdirilməsi və mühüm qeydlərin aparılması üçün “notarius” vəzifəsi görən notariat mexanizminin qurulmasını da zəruri sayırdı. 2002-ci ildə millət vəkili seçildikdən sonra Xarici İşlər Nazirliyi çərçivəsində etdiyim bir sıra təşəbbüslər nəticə vermədi. 2004-cü ildə ölkənin Baş naziri Abdullah Gülü öz evində ziyarət edərək, bu mövzu barədə düşüncələrimi ona çatdırdım.  Nazirliyin bürokratiyası isə bu təklifimi şiddətlə rədd etdi.  Təklifimin beynəlxalq xarici siyasətimizə zidd olduğu bildirildi. Qorxuları bu idi ki, bu təkliflə biz ermənilərin əlinə sağlam kozır vermiş olarıq.

Ancaq hörmətli Abdullah Gül mənim bu təklifimi tam səmimiyyətlə qəbul etmişdi.  Hətta Ərdoğanı da sonradan OTK-nın qurulması prosesinə razı sala bilmişdi. Mən o zamanlar CHP sədri Dəniz Baykalın da razılığını ala bilmişdim.

Beləliklə, Baş nazir Ərdoğanla CHP sədrinin 8 mart 2005-ci il tarixində günorta TBMM-in Baş nazir kabinetində görüşü baş tutdu. Həmin gün mətbuat kofransında hər ikisi də Ermənistana sülh təşəbbüsü fonunda OTK layihəsini təklif etdilər və birlikdə “Türkiyə öz tarixi ilə üzləşməkdən çəkinmir, dostluq və sülh naminə Ermənistandan da eyni təşəbbüsü gözləyirik” mesajını verdilər.

– Çox təsirli bir hadisədir. Qeyd etdiniz ki, bu açıqlama TBMM-də (Türkiyə Böyük Millət Məclisi) aparıldı.

– Bəli, TBMM-də.  Məqalənin mətnini 13 aprel 2005-ci ildə özüm hazırlamışdım. Hazırladğım bu layihə iqtidar ilə müxalifət partiyasının Ermənistana dair başladılan sülh təşəbbüsünə dəstək verdi. Həmin gün Məclis erməni tərəfinin iddialarını dayandırdığı və tarixçilərin güvənilən qaynaq olaraq gördükləri İngiltərə Parlamenti tərəfindən yayımlanan “Mavi Kitab” adlı əhatəli məqalələr kitabının saxta və uydurma iddia və sənədlərdən ibarət olduğunu isbat edən 7 səhifəlik araşdırmamı qəbul edərək, İngiltərə parlamentinə göndərməyi qərara aldı.

Əgər rəsmi Yerevan erməni-türk münasibətlərini 105 il öncə ilişib qaldığı yerdən qurtarmaq istəyirsə, Türkiyənin OTK layihəsini və təklifini rədd etməkdən əl çəkib, bunu ağıllı bir düşüncə ilə qiymətləndirməlidir. Keçmişin bu günümüzə və gələcəyimizə zərər verməməsi üçün seçiləcək ən doğru yol budur.

Tərcümə Strateq.az-ındır