XƏBƏR LENTİ

12 Avqust 2020
11 Avqust 2020

Digər Xəbərlər

17 May 2015 - 10:17

İrina Bokova Bakıdadır (FOTO)

İrina Bokova Bakıda keçiriləcək üçüncü ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunda iştirak etmək üçün mayın 16-da Azərbaycana səfərə gəlib.

Strateq.az-ın məlumatına görə, Heydər Əliyev Beynəlxalq Aeroportunda İrina Bokovanı mədəniyyət və turizm nazirinin müavini Nazim Səmədov, UNESCO üzrə Azərbaycan Respublikasının Milli Komissiyasının birinci katibi Günay Əfəndiyeva və digər rəsmi şəxslər qarşıladılar.
İrina Bokova bildirib ki, dünyada baş verən münaqişələr fonunda ümumbəşəri dəyərlərin müdafiə olunması, bütün sahələrdə mədəniyyətlərarası dialoqun inkişaf etdirilməsi Forumda əsas müzakirə mövzuları olacaq. Onun fikrincə, dünyada münaqişələrin və zorakılığın şiddətlənməsi problemlərini mədəniyyətlərarası dialoqun hər vəchlə təşviqi, tolerantlığın təbliği, mədəni irsin qorunub saxlanması yolu ilə həll etmək mümkündür.

Forumun UNESCO-nun ümumi proqramında layiqli yer tutduğunu qeyd edən İrina Bokova onun müvəffəqiyyətlə keçəcəyinə əmin olduğunu bildirib.