XƏBƏR LENTİ

28 Sentyabr 2020
27 Sentyabr 2020

Digər Xəbərlər

23 Aprel 2020 - 15:24

“Bu bəraət qərarları hakimiyyət-müxalifət dialoqu fonunda baş verir” –REAL bəyanat yaydı

“Bu gün İlqar Məmmədovun və Rəsul Cəfərovun Ali Məhkəmənin Plenumunda bəraət almaları Azərbaycan məhkəmə-hüquq sistemi üçün tarixi bir hadisədir. O, qanun aliliyinin təmin edilməsində yeni, çox müsbət presedentlər yaradır”.

Strateq.az xəbər verir ki, bu sözlər REAL partiyasının bəyanatında yer alıb.

Bəyanatda daha sonra bildirilib ki, sözügedən işlər geniş mənada insan haqlarının və fundamental azadlıqların qorunmasında səmərəlidir: “Avropa İnsan Haqları Konvensiyasının həmin tərkibə daxil olması bu səmərəni artırır. Bundan sonra qərarların verilmə sürəti baxımından siyasi və hüquqi tədbirlərin həyata keçirilməsi daha da fəallaşdırılmalıdır ki, bu səmərə daha da artırılsın.

Ayrıca qeyd etməliyik ki, Ali Məhkəmədən öncə azərbaycanlı hakimlər – Xanlar Hacıyev və Lətif Hüseynov – hər iki işdə ədalətli mövqedən çıxış edərək İlqar Məmmədovun və Rəsul Cəfərovun xeyrinə Avropa Məhkəməsində qəbul olunan qərarların lehinə dəfələrlə ardıcıl olaraq səs vermişdilər.

REAL partiyası olaraq onu da nəzərdən qaçırmırıq ki, bugünkü bəraət qərarları hakimiyyətin müxalifətə təklif etdiyi dialoq təşəbbüsü, REAL partiyasının bu təşəbbüsü qəbul etməsi və ilk təmasdan sonra dialoqun əməli sürəcə çevrilməsi fonunda baş verən hadisədir.

Bu yolda bizə dəstək olmuş partiya üzvlərimizə, vəkillərə və geniş ictimaiyyətə bir daha təşəkkürümüzü bildiririk”.