XƏBƏR LENTİ

21 Sentyabr 2020
20 Sentyabr 2020
19 Sentyabr 2020

Digər Xəbərlər

23 Aprel 2020 - 18:26

Elmar Məmmədyarov ukraynalı həmkarını Azərbaycana dəvət edib –XİN-dən açıqlama

Bu gün Azərbaycan Xarici İşlər naziri Elmar Məmmədyarov və Ukrayna Xarici İşlər naziri Dmitro Kuleba arasında telefon söhbəti baş tutub.

XİN-dən Strateq.az-a verilən məlumata görə, tərəflər ikitərəfli əməkdaşlıq münasibətlərinin gündəliyinə daxil olan bir sıra məsələlər üzrə fikir mübadiləsi həyata keçiriblər.

Nazirlər ikitərəfli əməkdaşlıq gündəliyinin bir-sıra məsələləri üzrə, eləcə də beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlıq məsələləri ətrafında fikir mübadiləsi aparıb.

İkitərəfli əlaqələrin, o cümlədən iqtisadi, ticarət, nəqliyyat sahələrində daha da möhkəmləndirilməsi nazirlər tərəfindən vurğulanıb. Tərəflər Ukrayna Prezidentinin Azərbaycana rəsmi səfəri zamanı keçirilmiş yüksək səviyyəli görüşlərin və əldə olunmuş razılıqların hər iki ölkə arasında əməkdaşlığın dərinləşməsinə töhfə verəcəyindən əminlik ifadə ediblər.

Tərəflər, habelə turizm sahəsində imkanların daha çox istifadə edilməsinin əhəmiyyətini, hazırda COVID-19 pandemiyasının bu sahəyə mənfi təsir göstərdiyini qeyd edib və GUAM təşkilatının turizm sahəsində fəaliyyəti də daxil olmaqla bu istiqamətdə əməkdaşlığın davam etdirilməsini vurğulayıblar.

Nazir Elmar Məmmədyarov Ukraynalı həmkarını Azərbaycana rəsmi səfər etməyə dəvət edib və nazir Ditro Kuleba dəvəti məmnunluqla qəbul edib.