XƏBƏR LENTİ

27 Sentyabr 2020

Digər Xəbərlər

29 Aprel 2020 - 12:53

Sahibə Qafarovaya daha bir vəzifə verildi –Azərbaycanın Türk PA-da nümayəndə heyətinin tərkib bəlli oldu

Azərbaycanın Türkdilli Ölkələrin Parlament Assambleyasındakı (Türk PA) nümayəndə heyətinin rəhbəri və nümayəndə heyətinin tərkibi məlum olub.

Bu barədə APA-ya millət vəkili Fazil Mustafa məlumat verib.

O bildirib ki, nümayəndə heyətinin rəhbəri Milli Məclisin Sədri Sahibə Qafarova seçilib.

Nümayəndə heyətinə millət vəkilləri Nizami Cəfərov, Sədaqət Vəliyeva, Cavanşir Feyziyev, Əhliman Əmiraslanov, Ağalar Vəliyev, Hikmət Məmmədov və Fazil Mustafa daxildir.