XƏBƏR LENTİ

21 Sentyabr 2020

Digər Xəbərlər

29 Aprel 2020 - 21:35

“Kamran Əliyevlə bağlı təqdimat Milli Məclisin plenar iclasına tövsiyə edilib” –Deputat Baş prokuror dəyişikliyi ilə bağlı xəbəri təsdiqlədi

Xəbər verdiyimiz kimi,, Azərbaycan Prezidenti İlham Əliyev Baş prokurorun müavini – Azərbaycan Respublikasının Baş prokuroru yanında Korrupsiyaya qarşı Mübarizə idarəsinin rəisi Kamran Əliyevin Baş prokuror vəzifəsinə təsdiqlənməsi üçün Milli Məclisə təqdimat göndərib.

Strateq.az-ın məlumatına görə, deputat Fəzail Ağamalı APA-ya açıqlamasında bildirib ki, təqdimata bu gün Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin onlayn iclasında baxılıb.

Müzakirələrdən sonra təqdimat Milli Məclisin plenar iclasına tövsiyə edilib.

Qeyd edək ki, K. Əliyev Azərbaycan Respublikası Baş Prokurorunun müavini, Azərbaycan Respublikasının Baş Prokuroru yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin rəisi, II dərəcəli dövlət ədliyyə müşaviridir.

Xatırladaq ki, hazırda Baş Prokuror Zakir Qaralovdur.