XƏBƏR LENTİ

27 Yanvar 2021

Digər Xəbərlər

09 Mart 2016 - 20:15

İcra başçısı təyinatları islahatdırmı? –ADP funksionerindən açıqlama

adp

Son vaxtlar fəaliyyətində ciddi qüsurlara yol verən bir sıra icra başçlarının dövlət başçısının sərəncamları ilə tutduqları vəzifədən azad olunması, onların yeni icra başçılrı ilə əvəzlənməsi və dövlət rəsmilərinin bu dəyişiklikləri cəmiyyətə islahatlar kimi təqdim etməsi faktı ayrı-ayrı siyai partiyalar tərəfindən birmənalı qarşılanmayıb.

Azərbaycan Demokrat Partiyası (ADP) Mərkəzi Nəzarət Təftiş Komissiyasının sədri Bəhruz Məmmədov Strateq.az-a açıqlamasında ciddi qüsurları olan icra başçılarının haqqında tədbirlər görülməsi, onların yeni icra başçıları ilə əvəzlənməsini müsbət saysa da, bu addımların cəmiyyətə geniş islahatlar kimi təqdim edilməsinin doğru olmadığını deyib:

"Bu, hakimiyyət rəsmilərinin qeyri-səmimi davranışından xəbər verir. Cəmiyyət sərəncamlarla idarə olunmur və idarəetmə sistemində fundamental dəyişikliklər edilmədən, hakimiyyət qolları arasında bir-birinə nəzarət mexanizmi işə düşmədən, demokratik dəyişiklilərə stimul verən siyasi, iqtisadi isalahatlar aparılmadan, ədalətli, şəffaf seçkilər keçirilmədən hər hansı bir icra başçısının, bələdiyyə sədrinin digəri ilə əvəzlənməsi toplumda ciddi dəyişiklilər yarada bilməz. Toplananların yerini dəyşməklə cəm dəyişməz prinsipi ilə yanaşsaq, bir rüşvətxor məmurun digəri ilə əvəzlənməsi də idarəetmə prinsipindəki mahiyyəti dəyişə bilməz. Yetər ki, dövlət başçızı parlamentin icra strukturları üzərində rolunun artırılması, məhkəmə sisteminin təkmilləşdirilməsi, Avropa dəyərlərinə uyğun idarəetmə sisteminin yaradılması, iqtisadi sistemin azad bazar rəqabətinə uyğunlaşdırılması, siyasi plürallığın təmin edilməsi istiqamətində radikal islahatların həyata keçirliməsinə, ölkədə azad, demokratik mühitin yaradılmasına yönəlik siyasi iradə nümayiş etdirsin.

Yalnız bu halda biz təqdim olunan layihələrin ciddi dəyişiklilərə səbəb olan islahatlar olduğuna inana bilərik".