XƏBƏR LENTİ

24 Sentyabr 2020

Digər Xəbərlər

05 May 2020 - 12:24

“Musa Qasımlı gedib kəndləri gəzsə, hər şeyi görər” –Sabir Rüstəmxanlı həmkarını qınadı

“Yaranmış şəraitdən həm ölkə daxilində, həm də xaricdə siyasi alver məqsədilə istifadə edənlər, öz şəxsi maraqları naminə dövlətin ümumi siyasətinə kölgə salmaq istəyənlər dövlətin hər şeyi gördüklərini bilməlidirlər”.

Bunu Milli Məclisin bu gün keçirilən iclasında cari məsələlərin müzakirəsi zamanı deputat Musa Qasımlı deyib.

Onun sözlərinə görə, dövlət orqanlarının fəaliyyətinə heç bir şəkildə kölgə salmaq olmaz: “Yardımların paylanmasını çox şəffaf şəkildə həyata keçirilən rayonlardan biri Yardımlıdır. Bu rayonda yardımlar hər bir insana şəffaf şəkildə çatdırılıb”.

Deputat Sabir Rüstəmxanlı isə Musa Qasımlının çıxışına cavab olaraq bildirib ki, son vaxtlar Yardımlıda yardımların qeyri-dəqiq aparılması ilə bağlı sosial şəbəkələrdə çıxış edib: “Görünür, Musa Qasımlı icra başçısının adından danışır. Musa Qasımlı gedib kəndləri gəzsə, hər şeyi görər”/Report.