XƏBƏR LENTİ

10 Mart 2021

Digər Xəbərlər

07 May 2020 - 15:44

Əli Əhmədovdan YAP-çı icra başçılarının həbsinə reaksiya:"Belə hadisənin baş verməsi bizi kədərləndirir"

YAP sədrinin müavini-İcra katibi Əli Əhmədov həbs olunan icra başçılarının Yeni Azərbaycan Partiyasından xaric olunacağı ilə bağlı məsələyə münasibət bildirib.

Əli Əhmədov jurnalistlərə açıqlamasında bildirib ki, məhkəmənin qərarından sonra bu barədə qərar veriləcək:

“Belə hadisənin baş verməsi bizi kədərləndirir. Əgər məmur ona göstərilən etimadı doğrultmursa, vəzifəsini layiqincə yerinə yetirə bilmirsə onların haqqında qanunla ölçü götürülməsi doğrudur. Həbs olunan icra başçılarının hakim Yeni Azərbaycan Partiyasının üzvü ölması bizi məyus edir. Bundan çox bizi məyus edən onların prezident İlham Əliyevin etimadını doğrulda bilməməsidir. Bunların əvəzində onlar xoşagəlməyən, cinayətə gətirən hallara yol veriblər. Yeni Azərbaycan Partiyası çalışır ki, bu cür xasiyyətləri xoş olmayan insanlardan xilas olsun”/Unikal.org.