XƏBƏR LENTİ

26 Oktyabr 2020

Digər Xəbərlər

10 Mart 2016 - 11:35

Gürcüstan prezidenti bu günAzərbaycana gəlir

gurcustan pre

Gürcüstan prezidenti Georgi Marqelaşvili bu gün IV Bakı Qlobal Forumunda iştirak etmək üçün Azərbaycana səfər edəcək.

Bu barədə "Report"a Gürcüstanın Prezident Administrasiyasının məlumatında bildirilir.

Məlumata görə, G.Marqelaşvili Diasporla İş üzrə Dövlət Komitəsinin dəstəyi ilə Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin təşkil etdiyi “Çoxqütblü dünyaya doğru” mövzusunda keçiriləcək IV Qlobal Bakı Forumunda 70-dən çox ölkənin hazırkı və sabiq liderlərinə müraciət edəcək.

Həmçinin bildirilir ki, prezident çıxışı zamanı regionda mövcud çağırışlar, Qərb və Şərq münasibətləri, regionda layihələr, Gürcüstanın investisiya yatırımı baxımından cəlbediciliyi və Gürcüstan ərazilərinin işğaldan azad edilməsi mövzularına diqqət yönəldəcək.

Gürcüstan prezidenti Bakıda Azərbaycanın dövlət başçısı İlham Əliyevlə görüşəcək. Həmçinin onun digər ölkə prezidentləri ilə də təkbətək görüşləri planlaşdırılıb.