XƏBƏR LENTİ

03 Dekabr 2020

Digər Xəbərlər

10 Mart 2016 - 13:15

Ekspertlər:"Azərbaycanda baş nazirlik uğrunda savaşa kənar dövlətlər də qarışıb"

Samir

 

SSRİ dövründə DTK-nin kəşfiyyatçısı olmuş, hazırda isə Amerikanın maliyyə analitiki Yuri Şvetsin Ukraynanın “Qordon” agentliyinə müsahibəsi sosial şəbəkələrdə müzakirə predmetinə çevrilib. Yuri Şvetsin iddiasına görə, Azərbaycanın maliyyə naziri Samir Şərifov “üçqat agent”dir. O, Amerika, Türkiyə və Rusiya agentura şəbəkəsinə çalışır.

Hələlik analitikin ittihamına hakimiyyət tərəfindən reaksiya yoxdur.

скачанные файлы

Müsahibəni Meydan TV-yə şərh edən sabiq DTK zabii İlham İsmayılın fikrincə, hazırda Azərbaycanda baş nazirin kim olması ilə bağlı müzakirə və mübarizə gedir. Namizədlərdən biri kimi də maliyyə naziri Samir Şərifovun adı çəkilir: “Güman ki, Şərifovun güclü rəqibləri bu məsələdə fəallıq göstəriblər. Bir məqamı unutmayın ki, Amerika və Türkiyə mətbuat vasitəsilə heç vaxt belə addım atmaz. Ortalıqda Rusiyaya sərf edən adamın gəlməsi faktı var. Mümkündür ki, indiki vəziyyətdə Şərifova qarşı konturmaterial kimi bu addım atılıb”.

İlham İsmayıl hesab edir ki, böyük dövlətlərin xüsusi xidmət orqanları heç vaxt Samir Şərifovun onların agenti olması, yaxud olmaması barədə arayış verməzlər: “Amma informasiya artıq yayıldı və baş nazirlik uğrunda savaşa dövlətlərin də qatıldığı göründü. Bəli, Samir Şərifovun “verbovka” olunması mümkündür. Bu məsələdə gümanlarla danışa bilərik, amma Şvetsin fikirləri də inandırıcı ola bilər. Maliyyə sistemi elədir ki, böyük dövlətlər pulla bağlı məsələləri maksimum əldə saxlamağa çalışırlar. Çox da vacib deyil ki, “verbovka” etsinlər. Sadəcə, “sən bizim adamsan, səni müdafiə edəcəyik” deyə söyləyə bilərlər. Ancaq indiki ərəfədə bu məsələnin gündəmə gətirilməsi bəzi şübhələrə yol açır. Təkrar edirəm, baş nazirlik uğrunda mübarizənin getdiyi heç kimə sirr deyil. Baş nazir dövlətin ikinci şəxsidir. Sabah fövqəladə vəziyyət yaransa, ikinci şəxs birinci ola bilər. Ona görə baş verənlərə “ay aman, Samir Şərifov agentdir” deyə ajiotaj yanaşma yox, ayıq yanaşma lazımdır”.

Sulhaddin_Akbar_050908

AXC hakimiyyəti dövründə MTN-nin birinci müavini vəzifəsində çalışmış Sülhəddin Əkbər də düşünür ki, Yuri Şvetsin müsahibəsində bir neçə yerdə baş nazirlik uğrunda savaşın getməsi barədə fikirlər səslənib və buna adi yanaşmaq olmaz.

Şvetsin “1992-ci ildə Azərbaycanın Milli Təhlükəsizlik Nazirliyi Rusiya Federal Təhlükəsizlik Xidmətinə gizli şəkildə xəbər verib ki, amerikalılar Azərbaycanın Beynəlxalq Valyuta Fonduna üzvlüyü ilə bağlı danışıqlarda Şərifovun da iştirakında israrlıdır” fikirlərinə gəldikdə, Sülhəddin Əkbər deyir ki, o, bu barədə məlumatlı olmayıb: “İkincisi, bu hadisənin 1992-ci ilin hansı ayında olmasını dəqiqləşdirmək lazımdır. Məncə, bu, AXC hakimiyyətə gəlməzdən əvvəl olub. Çünki bizim vaxtımızda Rusiya dövləti və xüsusi xidmət orqanlarıyla münasibətlər bəlliydi. Bu mənada bizim vaxtımızda olmayıb. Müsahibədə tarixi rəqəmlərlə bağlı bəzi qeyri-dəqiqliklər var, amma 1990-cı illərin əvvəllərilə bağlı deyilənlərin AXC hakimiyyətinə aidiyyatı yoxdir”.

Sülhəddin Əkbər hesab edir ki, Şvets açıq şəkildə Rusiya-NATO geopolitik qarşıdurması olduğunu yazır: “Bunun Azərbaycanla bağlı məqamlarını mən tez-tez səsləndirirəm. Hakimiyyət daxilində “beşinci kolon”un çox güclü mövqelərə malik olması ilə bağlı fikirlərimi nəzərdə tuturam. Güman ki, yeni baş nazir məsələsi gündəmdədir, geopoltik tərəflərin maraqları toqquşduğundan bir-birinə açıq zərbələr vururlar. Müsahibəni diqqətlə oxuyun, Şərifovun baş nazirlik postuna gətirilməsi iki dəfə qeyd edilib”