XƏBƏR LENTİ

10 Mart 2021

Digər Xəbərlər

15 May 2020 - 20:56

“ATƏT regionunda münaqişələrə son qoyulmalıdır” – Georgi Tsereteli

ATƏT regionunda təhlükəsizliyin bərqərar olması üçün indiyədək həll olunmamış münaqişələrə son qoyulmalıdır.

Bu barədə ATƏT-in Parlament Assambleyasının prezidenti Georgi Tsereteli “ATƏT regionundakı münaqişələrə COVID-19-un təsiri” adlı onlayn konfrans zamanı bildirib.

“Münaqişə bölgələrində yaşayan insanlar təhlükə altındadır. Belə ki, yeni-yeni, o cümlədən koronavirus pandemiyası ilə bağlı olan təhlükələrin də üzə çıxması ehtimalı böyükdür”, – diplomat qeyd edib.

Xatırladaq ki, mart ayında BMT baş katibi Antonio Quterreş də COVID-19 pandemiyasının getdikcə artdığını nəzərə alaraq dünyada atəşkəsə, yəni bütün silahlı münaqişələrin dayandırılmasına çağırış etmişdi. (Report)