XƏBƏR LENTİ

21 Oktyabr 2020
20 Oktyabr 2020

Digər Xəbərlər

10 Mart 2016 - 20:29

QHT Şurasında “Ailə, qadın və uşaq məsələləri” qrupu üzrə seçki keçirildi –Qaliblər müəyyənləşdi

qadin-secki-qht

Bu gün Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurası üzvlüyünə "Ailə, qadın və uşaq məsələləri" qrupu üzrə seçki keçirilib. 

Şuradan Strateq.az-a verilən məlumata görə, iclasa açıq səsvermə ilə  Müşviq Ələsgərli sədr, Mətanət Əsgərova isə katib seçilib. Sonra say komissiyasının 3 nəfərdən ibarət tərkibi müəyyən edilib.

Müşviq Ələsgərli bildirib ki, iclasda qeydə alınmış 59 QHT nümayəndəsindən 49-u iştirak edir.

Şura üzvlüyünə namizədlər Azərbaycan Gənclərinin Avropaya İnteqrasiyası Təşkilatının sədri Nərgiz Eyvazova, "Gender və İnsan Hüququ" Araşdırma Birliyinin sədri Rəna Mirzəzadə, "Yaradıcı Gənclər" İctimai Birliyinin sədri Arzu Vəlibəyova  və "Gənclərin Maarifləndirilməsi və Təlimi" İctimai Birliyinin İdarə Heyətinin üzvü Tehran Əbilova iclasda çıxış ediblər. 

Səsvermədən sonra nəticələr açıqlanıb. Ən çox səs toplayan ilk 3 nəfər Rəna Mirzəzadə (43 səs), Nərgiz Eyvazova (25 səs) və Arzu Vəlibəyova  (7 səs) olub. 

Qeyd edək ki, sabah  “Qaçqın, köçkün, əlil və veteranların məsələləri” qrupu üzrə seçkilər keçiriləcək.