“Almaniyada bizim 4 min nəfər qeyri-qanuni yaşayan vətəndaşımız var. Mühacirətə aparılıblar, onların da hamısı nəzarətimizdədir”.
Bunu Azərbaycanın İnsan Alverinə Qarşı Mübarizə üzrə Milli Koordinatoru, Daxili İşlər nazirinin birinci müavini, polis general-mayoru Seyfulla Əzimov parlamentin bu gün keçirilən plenar iclasında deyib.
Onun sözlərinə görə, 1 500 nəfərin Almaniyanın müvafiq qurumları tərəfindən deportasiya olunması ilə bağlı qərarlar çıxarılıb: “2 500 nəfərlə bağlı isə müvafiq qərarın icrası müvəqqəti təxirə salınıb. Bu məsələ ciddi nəzarətimizdə saxlanılır”.
Nazir müavini bildirib ki, adlarını demokrat qoyan təşkilatlar saxta sənəd alveri ilə məşğuldurlar: “Bu, hamımıza bəllidir. Onların hamısının bizdə statistikası da var”.
Report