XƏBƏR LENTİ

15 Avqust 2020
14 Avqust 2020

Digər Xəbərlər

18 May 2015 - 11:07

“Oliqarxları həbs edin! – ADP-dən hakimiyyətə daha bir çağırış

Bu gün ADP İdarə Heyətinin növbəti toplantısı keçirilib. Toplantıda ölkə və beynəlxalq aləmdə baş verən ictimai-siyasi proseslər əsas müzikirə obyekti olub.

Strateq.az xəbər verir ki, toplantıda vətəndaşların bank kreditləri ilə bağlı Konstitusiya Məhkəməsinin çıxardığı qərardan narazı olduqları bildirilib və bu qərarın Azərbaycan xalqının maraqlarını müdafiə etmədiyi, əksinə kredit ödəyicilərini ağır iqtisadi şərtlərlə üz-üzə qoyduğu diqqətə çatdırılaraq, hakimiyyət xalqın mənafeyinə zidd addımlar atmaqdan çəkinməyə çağrılıb.

Toplantıda daha sonra ölkədə vətəndaş həmrəyliyinin gücləndirilməsi, bir sıra Avropa ölkələrinin keçirilməsi nəzərdə tutulan Avropa oyunlarını boykot etməklə təhdid etməsi faktlarını nəzərə alaraq, ölkə başçısı 28 may Cümhuriyyət Günü münasibəti ilə geniş amnistiya fərmanı verməyə və siyasi məhbusları azad etməyə çağrılıb. Həmçinin, Beynəlxalq Bankdan küllü miqdarda götürülən kreditlərin geri qaytarılmaması, bu vəsaitlərin ayrı-ayrı məmur-oliqarxlar tərəfindən mənimsənilməsi dövlətin iqtisadi əsaslarının sarsıdılması, milli təhlükəsizliyinin pozulması faktı kimi dəyərləndirilib və hakimiyyət bu işdə günahı olan bank rəhbərləri də daxil olmaqla, adları hallanan oliqarxların məsuliyyətə cəlb edilməsi üçün ciddi addımlar atmağa çağrılıb.

Strateq.az