XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

26 May 2020 - 14:32

Diasporla İş üzrə Dövlət Komitəsində işçi qrupu yaradılıb –Səbəb

Diasporla İş üzrə Dövlət Komitəsində (DİDK) soydaşlar və diaspor təşkilatları haqqında qanunvericilik bazasının təkmilləşdirilməsi məqsədilə əlaqədar qurumların nümayəndələrinin iştirakı ilə müvafiq işçi qrup yaradılıb.

Bu istiqamətdə xarici təcrübə öyrənilərək təkliflər hazırlanıb və nəzərdən keçirilir.

Eyni zamanda, aidiyyəti dövlət qurumları ilə razılaşdırılaraq hazırlanan “Xaricdə yaşayan aztəminatlı azərbaycanlılara sosial yardımın göstərilməsi qaydası” layihəsi Nazirlər Kabinetinə təqdim edilib.

Qeyd edək ki, ötən il “Xaricdə yaşayan aztəminatlı azərbaycanlılara sosial yardımın göstərilməsi qaydası”nın formalaşdırılması üzərində işlər aparılırdı.

Report