XƏBƏR LENTİ

06 İyul 2020

Digər Xəbərlər

30 May 2020 - 17:27

Gürcüstan DTX:"Gürcülərlə azərbaycanlılar arasında milli zəmində münaqişə yaratmaq istəyirlər"

Gürcüstanın Kvemo Kartli və Kaxeti bölgələrində etnik gürcülər və azərbaycanlılar arasında qarşıdurmanı alovlandırmağa cəhd edən bir neçə insandan ibarət qruplar və bir sıra vətəndaşlar var”.

Bu barədə Gürcüstanın Dövlət Təhlükəsizliyi Xidmətinin yaydığı bəyanatda bildirilib.

Qeyd olunub ki, həmin şəxslər etnik azərbayanlıların sıx yaşadıları bölgələrdə illər ərzində toplanmış problemlərdən təhrif olunmuş vətənpərvərlik düşüncələrinə əsaslanaraq mənfi kontekstdə istifadə edirlər: “Bu insanlar milli zəmində münaqişə yaratmaq məqsədilə Kvemo Kartli və Kaxeti bölgələrində dövlət və hökumətin səlahiyyətlərinə aid olan məsələlərlə məşğul olurlar”.

Sənəddə vurğulanıb ki, bu istiqamətdə yalan və aqressiv çağırışlar yaymaqla bir qrup şəxs etnik gürcü və azərbaycanlı vətəndaşlar arasında gərginlik yaratmağa çalışır, milli şərəf və ləyaqətə xələl gətirən ifadələr və hərəkətlərə yol verilir və bununla da insan hüquqlarının qanunsuz şəkildə pozulması baş verir: “Bir qrup insan vəziyyəti açıq şəkildə elə təqdim etməyə çalışır ki, etnik gürcü əhalisi Gürcüstandakı digər etnik azlıqlardan üstündür və bu da milli qarşıdurma riskini daha da artırır”.

DTX-nin Dövlət Təhlükəsizliyi Departamenti irqi ayrı-seçkilik, insan haqlarının birbaşa və ya dolayı şəkildə məhdudlaşdırılması, milli zəmində düşmənçilik və diskriminasiya, milli şərəf və ləyaqətin alçaldılması maddələri üzrə istintaqa başlayıb/Report.