XƏBƏR LENTİ

23 Sentyabr 2020

Digər Xəbərlər

09 İyun 2020 - 13:13

Milli Məclis iki yeni qanun layihəsinin müzakirəsini təxirə saldı –Ziyafət Əsgərovdan açıqlama

“Daxili qoşunlar haqqında” və “Hərbi qulluqçuların statusu haqqında” qanun layihələrinin müzakirəsini yəqin ki, Milli Məclisin növbədənkənar sessiyasında da çatdıra bilməyəcəyik”.

Bunu “Report”a müsahibəsində Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin sədri Ziyafət Əsgərov deyib.

Komitə sədri bildirib ki, həmin qanun layihələrinin Milli Məclisin payız sessiyasında müzakirə olunması planlaşdırılır: “Qanun layihələri barədə isə sizə payız sessiyasında geniş məlumat verəcəm”.

Qeyd edək ki, “Daxili qoşunlar haqqında” və “Hərbi qulluqçuların statusu haqqında” qanun layihələri Milli Məclisin 2020-ci il yaz sessiyasının qanunvericilik işləri planına daxil edilmişdi.