XƏBƏR LENTİ

25 Sentyabr 2020

Digər Xəbərlər

09 İyun 2020 - 16:11

Rusiya Xarici İşlər nazirinin müavini ilə ABŞ səfiri müzakirə aparıb –Regional münaqişələrlə bağlı

Rusiyanın Xarici İşlər nazirinin müavini Sergey Verşinin və ABŞ-ın Rusiyadakı səfiri Con Sallivan bu gün telefonla ikitərəfli əməkdaşlıq, həmçinin regional münaqişələrin nizamlanmasında qarşılıqlı fəaliyyət məsələlərini müzakirə ediblər.

Bu barədə Rusiya Xarici İşlər Nazirliyinin məlumatında bildirilir.

“Danışıqların gedişində əsas diqqət beynəlxalq meydanlarda ikitərəfli qarşılıqlı əməkdaşlıq, həmçinin regional münaqişələrin nizamlanmasında ölkələrimizin birgə səylərinin koordinasiya olunması məsələlərinə yönəldilib”, – deyə məlumatda vurğulanır/APA.