XƏBƏR LENTİ

18 Noyabr 2019

Digər Xəbərlər

18 May 2015 - 18:30

Saakaşvilinin yenidən qayıdışına hazırlıqlar başlandı
Gürcüstanın müxalifədə olan “Vahid milli hərəkat” partiyası eks-prezident Mixail Saakaşvilinin ölkəyə qayıtması tələbi aksiyalara başlamaq niyyətindədir. Bu haqda partiyanın parlamentdəki deputatı David Darçiaşvili məlumat verib.
Strateq.az avropa.info-ya istinadən bildirir ki, David Darçiaşvili Saakaşvilinin Gürcüstana qayıtması üçün hər şeyi edəcəklərini deyib: “Bunun üçün bütün hüquqi yollara baş vurulacaq. Ən yaxşı yol isə aksiyalara başlamaqdır.”
Darçiaşvili hesab edir ki, Gürcüstan dərin böhrandadır. ölkədə cəmi iki siyasi qüvvə var. Birincisi – hakim koalisiya “Gürcü arzusu”, ikincisi – “müxalif “Vahid milli hərəkat partiyası”.
Deputat istisna etməyib ki, Saakaşvili Gürcüstana qayıdacağı təqdirdə, həbs olunacaq.