XƏBƏR LENTİ

10 Mart 2021

Digər Xəbərlər

10 İyun 2020 - 12:15

Azərbaycan Yəmən xalqına yardım etdi –XİN-dən açıqlama

Yəməndə baş verən humanitar böhranla əlaqədar BMT Baş katibinin humanitar məsələlər üzrə müavini Mark Loukokun Kral Salman Humanitar Yardım və Dəstək Mərkəzinin Baş direktoru Abdulla Əl Rəbiahla birgə ünvanladığı məktuba cavab olaraq, Azərbaycan Prezidenti İlham Əliyevin göstərişi ilə Yəmənə humanitar yardımın göstərilməsi məqsədilə Nazirlər Kabineti tərəfindən 25 min ABŞ dolları məbləğində maliyyə vəsaiti ayrılıb.

Azərbaycan Xarici İşlər Nazirliyindən Strateq.az-a verilən məlumata görə, yardımın BMT-nin Humanitar Məsələlərin Əlaqələndirilməsi Ofisi (OCHA) vasitəsilə Yəməndə humanitar böhrandan əziyyət çəkən əhaliyə təcili humanitar yardım şəklində çatdırılması nəzərdə tutulub.

Qeyd edək ki, BMT-nin hesablamalarına görə dünyanın ən acınacaqlı humanitar fəlakətin yaşandığı Yəməndə 24 milyon insanın (əhalinin 80 faizi) humanitar yardıma ehtiyacı var, 250 min şəxs isə kəskin aclıqdan əziyyət çəkir. 3,3 milyon məcburi köçkünü olan ölkədə əhali arasında müxtəlif növ təhlükəli xəstəliklər yayılmaqdadır. Cari il ərzində Yəməndə humanitar ehtiyaclarının qarşılanması, o cümlədən COVID-19 pandemiyası ilə mübarizənin aparılması üçün 2 milyard ABŞ dolları həcmində vəsaitə ehtiyac duyulduğunu elan edən BMT müvafiq yardımın göstərilməsi üçün üzv dövlətlərə və beynəlxalq təşkilatlara çağırışlar edib.