XƏBƏR LENTİ

25 Sentyabr 2020

Digər Xəbərlər

10 İyun 2020 - 18:55

Məhkəmə Qiyas İbrahimovla bağlı qərar verdi- Gənc fəal 50 manat cərimələndi

Nizami Rayon Məhkəməsində gənc fəal Qiyas İbrahimovun inzibati məsiliyyətə cəlb edilməsi ilə bağlı məhkəmə prosesi keçirilib.

“Report” xəbər verir ki, hakim Mətanət Hacıyevanın sədriyi ilə keçirilən prosesdə qərar elan edilib.

Qərara əsasən, Q.İbrahimov 50 manat məbləğində cərimələnib.

O, İnzibati Xətalar Məcəlləsinin 510-cu (xırda xuliqanlıq) maddəsi ilə təqsirli bilinib.

Qeyd edək ki, gənc fəal Qiyas İbrahimov ötən gün binanın damına çıxaraq aksiya keçirdikdən sonra saxlanılıb və bu gün sərbəst buraxılıb.