XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

11 June 2020 - 20:33

Cozep Borrell:“Şərq Tərəfdaşlığı” uğur hekayəsidir”

“Şərq Tərəfdaşlığı” uğur hekayəsidir. İstərdik ki, bu hekayə davam etsin. Çox məsələ var ki, biz ona nail ola bilərik”.

Bunu Avropa İttifaqının (Aİ) Xarici siyasət və Təhlükəsizlik məsələləri üzrə Ali Nümayəndəsi Cozep Borrell bu gün Aİ “Şərq Tərəfdaşlığı” ölkələrinin Xarici İşlər nazirlərinin videokonfransından sonra keçirilən mətbuat konfransında deyib.

O bildirib ki, əməkdaşlığın genişləndirilməsi baxımından bugünkü videokonfrans faydalı olub.

J. Borrellin sözlərinə görə, nəqliyyat və enerji məsələlərində əməkdaşlığı gücləndirmək qarşıya məqsəd qoyulub.

“Görüş zamanı tərəfdaşlarımıza mesajlarımızı çatdırdıq. Biz bu çətin vəziyyətdə tərəfdaşlarımızın yanındayıq. Biz COVID-19 pandemiyası ilə mübarizə yollarını və “Şərq Tərəfdaşlığı”nın gələcəyini də müzakirə etdik. “Şərq Tərəfdaşlığı” Avropa İttifaqının xarici siyasətində prioritet təşkil edəcək. Görüş zamanı “Şərq Tərəfdaşlığı” ölkələrində pandemiyadan zərər görən kiçik sahibkarlığa dəstək verilməsi ilə bağlı da fikir mübadiləsi apardıq”, – deyə C. Borrell vurğulayıb/APA.