XƏBƏR LENTİ

19 Sentyabr 2020
18 Sentyabr 2020

Digər Xəbərlər

11 İyun 2020 - 19:43

“Ermənistan gərginliyi artırmaq üçün hər cür səy göstərir” – Elmar Məmmədyarov

Azərbaycanın işğal olunmuş ərazilərində Ermənistan silahlı qüvvələrinin mövcudluğu regionun təhlükəsizliyinə ən böyük təhdid kimi qalmaqdadır. BMT-nin Baş Katibi və Aİ-nin ali nümayəndəsi Cozep Borelin qlobal atəşkəs ilə bağlı müraciətinə baxmayaraq, Ermənistan silahlı qüvvələri atəşkəs rejimini pozmağa davam edir, həmçinin gərginliyi artırmağa və münaqişənin siyasi həllinə mane olmaq üçün hər cür səy göstərir. Ermənistan özünü “demokratiya” kimi təqdim edir, lakin hələ də öz doğma torpaqlarından zorla qovulmuş yüz minlərlə azərbaycanlının insan hüquqlarını pozmağa davam edir”.

Strateq.az XİN-ə istinadla bildirir ki, bu sözləri Xarici İşlər naziri Elmar Məmmədyarov “Şərq Tərəfdaşlığı” üzrə Xarici İşlər Nazirlərinin video-telekonfrans görüşündə çıxışında deyib.

Onun sözlərinə görə, bütün dünyanın COVID-lə mübarizəyə səfərbər olunduğu dövrdə Ermənistan Azərbaycanın işğal olunmuş ərazilərində qondarma “seçkilər” və “andiçmə” mərasimi keçirir: “Danışıqlar aparmaq və BMT Təhlükəsizlik Şurasının qətnamələrinin tələblərinə əməl etməkdən boyun qaçırmaqla Ermənistan münaqişənin həlli prosesinin qarşısını alır. Beləliklə, Ermənistan “Şərq Tərəfdaşlığı”nın sabitlik və rifah kimi fundamental prinsiplərinə xələl gətirir.

Aİ Şurasını sonuncu Yekunlar sənədində bəyan edildiyi kimi, “Şərq Tərəfdaşlığı”nın fundamental əsasları qaydalara əsaslanan beynəlxalq nizam və tərəfdaş ölkələrin ərazi bütövlüyü, müstəqilliyi, suverenliyi daxil olmaqla beynəlxalq hüquqla bağlı bölüşülən öhdəliklərimiz üzərində qurulur. Biz bu prinsiplərin ikitərəfli və çoxtərəfli əməkdaşlıqda təşviqində Aİ ilə həmrəyik”.