XƏBƏR LENTİ

28 Sentyabr 2020
27 Sentyabr 2020

Digər Xəbərlər

11 İyun 2020 - 23:49

“Şərq Tərəfdaşlığı” ölkələrinin Xarici İşlər nazirlərinin görüşü… –Avropa İttifaqı məlumat yayıb

Avropa İttifaqı bu gün keçirilən “Şərq Tərəfdaşlığı” ölklərinin xarici işlər nazirlərinin görüşünün yekunu ilə bağlı məlumat yayıb.

Bu barədə Aİ Şurasının saytında məlumat verilib.

“Nazirlər Aİ ilə “Şərq Tərəfdaşlığı” arasındakı əlaqələrin strateji əhəmiyyətini və bu əlaqələrin inkişafının davam etdirilməsinə sadiq olduqlarını bir daha təsdiqləyiblər. Onlar, həmçinin COVID-19 pandemiyasının sağlamlıqla bağlı və sosial-iqtisadi təsirlərini aradan qaldırmaq üçün qarşılıqlı həmrəylik və dəstək ifadə ediblər”, – deyə məlumatda bildirilir.

Aİ Şurasının yaydığı məlumatda qeyd olunur ki, nazirlər Avropa Komissiyasının Birgə Kommunikasiya və Aİ Şurasının Nəticələri əsasında formalaşan 2020-ci ildən sonrakı hədəflərinin inkişafına zəmin hazırlayacaq “Şərq Tərəfdaşlığı”nın uzunmüddətli gündəliyinə dair ilkin fikir mübadiləsi aparıblar.

“Nazirlər 2021-ci ildə Brüsseldə keçiriləcək “Şərq Tərəfdaşlığı” zirvəsində təqdim etmək və təsdiqləmək üçün qarşıdakı aylarda gələcək hədəflər üzərində işləmək barədə razılığa gəliblər. Onlar videokonfransda COVID-19 pandemiyasının təsirlərini də müzakirə ediblər. Nazirlər “Şərq Tərəfdaşlığı” regionunda Aİ-nin pandemiya ilə bağlı reaksiyasını qlobal əməliyyatın bir hissəsi olduğunu xatırladıblar. XİN başçıları saxta xəbərlərin, dezinformasiyanın və yanlış məlumatların gündəlik yayılmasına və vətəndaşların həyatına təsir göstərməsinə səbəb olan COVID-19 pandemiyası ilə əlaqəli “infodemik” fenomenə də toxunublar və fakta əsaslanan məlumatlara girişin təbliği və dezinformasiyanın zərərləri barədə məlumatlılığın artırılmasının vacibliyi barədə razılaşıblar”, – deyə Aİ Şurasının yaydığı məlumatda belə deyilir/APA.