XƏBƏR LENTİ

22 Oktyabr 2020
21 Oktyabr 2020

Digər Xəbərlər

14 Mart 2016 - 10:38

“Heç vaxt ona “niyə müflis oldun?” sualını verməmişəm” –Sabiq deputat

aydin-abbasov

Müxtəlif sahələrdə çalışan bəzi insanların gündəlik yaşam tərzi insanlar üçün hər zaman maraqlı olub. Hətta, vəzifədən kənar olsalar belə, onların nə işlə məşğul olması, köhnə dostlarla əlaqələrin nə səviyyədə davam etdirilməsi daima diqqət mərkəzində olur.

Keçmiş deputat Aydın Abbasov bu gün Milli Məclisdə təmsil olunmasa da, onun indiki fəaliyyəti maraq doğurur. 

Modern. az saytı sabiq deputatla əlaqə saxlayaraq hazırkı iş fəaliyyəti ilə maraqlanıb. 

“Hal-hazırda heç bir dövlət işində çalışmıram. İş adamı kimi fəaliyyət göstərirəm”, – deyə, o, bildirib. 

Aydın Abbasovun sözlərinə görə onun motosikletlərə olan marağı tükənməyib: “Havalar soyuq olduğundan motosiklet sürmürəm. Amma yay gələndə yenidən motosiklet sürəcəm”. 

Eks-deputat Rusiyada yaşayan Azərbaycan əsilli milyarder, AST şirkətlər qrupunun təsisçisi Telman İsmayılovla dostluq əlaqələrindən də söz açıb. O deyib ki, Telman İsmayılovla onun müflis olma səbəbləri barədə söhbət etməyib: 

“Düzü, Telman İsmayılovla müflis olması barədə danışmırıq. Heç vaxt ona “niyə müflis oldun?” “Planların nədir?” kimi suallar verməmişəm. Söhbətlərimizin mərkəzində bu cür məsələlər dayanmır. Demək olar ki, onunla hər gün əlaqə saxlayıram. Ancaq söhbətlərimiz tamam başqa məsələlərlə bağlı olur”.

Milli Məclisin sabiq üzvü insanlarla münasibətdə mərd, dürüst davranmağın vacib oldğunu da vurğulayıb: “Mətbuatda tez-tez Telman İsmayılovun müflis olması barədə nəsə yazırlar. Həqiqət odur ki, insanın ruhu, mərdliyi müflis olmasın. Birdəki kimlərinsə müflis olub-olmamağı vacib deyil. Mənim üçün səmimi münasibətlər, qarşılıqlı hörmət vacibdir. Əgər kiminləsə dostluq ediriksə, onun mərdliyinə, dürüstlüyünə önəm verməliyik. Münasibətlər saxta prinsiplə qurulmamalıdır”. 

Qeyd edək ki, Aydın Abbasov baş nazirin keçmiş birinci müavini Abbas Abbasovun oğludur.