ABŞ-ın USS Porter (DDG 78) hərbi gəmisi Gürcüstanın Batumi limanına daxil olub.
Bu barədə Gürcüstanın Xarici İşlər naziri David Zalkaliani “Twitter”də bildirib.
Nazir ABŞ hərbi gəmisinin üçüncü dəfə Batumi limanına yan almasını xoş qarşıladığını və bunun ABŞ-la Gürcüstan arasında təhlükəsizlik sahəsində dinamik əməkdaşlığı təsdiqlədiyini bildirib.
Nazir qeyd edib ki, bu fakt Qara dənizin Avro-Atlantik təhlükəsizlik üçün əhəmiyyətini təsdiqləyir, regional sülh və stabilliyi təşviq edir.
Qeyd edək ki, gəmi Batumi limanına iyunun 23-də yan alıb. COVID-19 pandemiyası səbəbi ilə hərbi gəminin heyətinin sahilə çıxmayacağı bildirilib/APA.