XƏBƏR LENTİ

22 Oktyabr 2020
21 Oktyabr 2020

Digər Xəbərlər

14 Mart 2016 - 16:21

Almaniya Bakı və Yerevan nümayəndə heyətinin birgə toplantısını planlaşdırır –Bahar Muradova

 

bahar

 

Azərbaycan və Ermənistan nümayəndə heyətlərinin iştirakı ilə Almaniyada toplantının keçirilməsi nəzərdə tutulur.

Trend-in məlumatına görə, bunu Dailykarabakh-a açıqlamasında Azərbaycanın ATƏT Parlament Assambleyasındakı nümayəndə heyətinin rəhbəri, Milli Məclisin sədr müavini Bahar Muradova deyib.

B.Muradova deyib ki, aprel ayında Almaniyanın təcrübəsində mövcud olan bir münaqişənin həlli, Saar bölgəsinin Almaniyaya qaytarılması ilə bağlı təcrübə mübadiləsinə əsaslanan seminarın keçirilməsi nəzərdə tutulub. Həmin tədbirə Azərbaycan və Ermənistan nümayəndə heyətləri də dəvət edilib.

Vitse-spiker qeyd edib ki, Azərbaycan həmin tədbirdə iştirak etməyə razılığını verib: “Ermənistan tərəfi hələ də düşünür. Bu seminarda iştirakın özü, Almaniyanın ATƏT-ə sədrliyi dövründə Minsk konfransının keçirilməsinə bir dəstək ola bilər. Ermənistanın razılaşması olarsa, bu, Almaniyanın sədrliyi dövründə Dağlıq Qarabağ probleminin həllinə bir töhfə verəcək”.

B.Muradovanın sözlərinə görə, belə bir tədbir baş tutarsa, Azərbaycanın işğal faktı, müharibənin Azərbaycan ərazisində olması, qurbanların daha çox azərbaycanlıların olması müzakirə ediləcək.

Vitse-spiker hesab edir ki, Azərbaycan haqlı olaraq Minsk qrupunun həmsədrlərinin fəaliyyətini tənqid edir: “Çünki nəticə yoxdur. Nəticə olmayan təqdirdə necə fəaliyyətdən danışmaq olar. Minsk qrupu həmsədrləri öz imkanları və səlahiyyətlərindən lazımınca istifadə etmir. İldə bir dəfə heç olmasa Minsk konfransı keçirilməlidir. Həmsədr ölkələri münaqişənin həlli məsələsini öz monopoliyasına alıb. Digər beynəlxalq təşkilatlarda müzakirəni istəmirlər. Həmsədr ölkələrin fəaliyyəti status-kvonun saxlanmasına xidmət edir”.