XƏBƏR LENTİ

19 Noyabr 2019
18 Noyabr 2019

Digər Xəbərlər

19 May 2015 - 09:02

Müsavat başqanından tələb: “Təqsirkarlar cəzalandırılmalıdır”
Müsavat Partiyasının başqanı Arif Hacılı da Binəqədidə yanan bina ilə bağlı təəssüratını bölüşüb.
Strateq.az xəbər verir ki, partiya sədri yanğın yerində olduğunu bildirib və bununla bağlı “Facebook”da status yazıb:
“8-ci mikrorayonda 16 mərtəbəli bina yanır. Yenə də asan yanan üzlüklü bina qısa müddət ərzində yanıb külə döndü. Yanğınsondürənlər sanki ot tayası kimi yanan nəhəng binanın heç aşağı mərtəbələrinə su çatdıra bilmir. Belə aydın olur ki, hakimiyyət binaları asan alışan və sürətlə yanan örtüklərlə bəzəməklə 10 minlərlə vətəndaşın həyatını, əmlakını təhlükəyə məruz qoyub. İnsanları təhlükədən qorumaq üçün təcilli tədbirlər görülməli, belə vəziyyətin yaranmasında təqsirkar olanlar cəzalandırılmalıdır”.
Strateq.az