XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

26 June 2020 - 18:54

Deputat karantin qaydalarının sərtləşdirilməsini tələb edir:"Küçələr insan və avtomobillərlə doludur"

“Düşünürəm ki, karantin rejimi sərtləşdirilməlidir. Son günlərin yoluxma və ölüm tendensiyası buna ciddi ehtiyac olduğunu göstərir”.

YAP-çı deputat, Milli Məclisin Təbii ehtiyyatlar, energetika və ekologiya komitəsinin sədri Sadiq Qurbanov belə hesab edir.

Strateq.az xəbər verir ki, deputat “AzPolitika.info”-ya açıqlamasında hazırda qüvvədə olan karantin qaydalarının ciddi effekt vermədiyini söyləyib. 

“Hesab edirəm ki, hazırki vəziyyətə görə qadağalar çox yumşaqdır. Karantin rejimi olsa, hər gün yoluxanların sayında kəskin artım qeydə alınsa da, küçələr insan və avtomobillərlə doludur. Operativ Qərargah yubanmadan qadağaları sərtləşdirməli, həyati vacib sahələrdən başqa bütün sektorların fəaliyyəti dayandırılmalıdır. Eyni zamanda polis də qadağalara əməl olunmasına nəzarəti gücləndirməlidir. Düşünürəm ki, Prezident İlham Əliyevin də qeyd etdiyi kimi, qadağalara əməl olunması faizini yüksəltmək üçün cərimələrin artırılması məsələsinə də baxılmalıdır”, – deputat qeyd edib.